Heyva çox faydalı və müalicəvi meyvədir. Lakin bütün faydalı xüsusiyyətlərə baxmayaraq, bəzi xəstəliklər zamanı heyva yemək olmaz.
Bu hansı xəstəliklərdir?
- Mədə və 12 barmaq bağırsağı xorası. Heyva selikli qişaları qıcıqlandırır.
- Enterokolit. Büzücü xüsussiyyətə malik olan heyva bağırsaqlarda spazm və bağırsaq keçirməzliyi yarada bilər. Həmçinin heyva iltihablaşmış selikli qişaları daha da qıcıqlandırır.
- Qəbizlik.
Mediainfo.az bildirir ki, heyva bağırsaqları "yığır" və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlərə onu yemək olmaz.
Heyva plevrit zamanı da ziyanlı sayılır. Həmçinin səs tellərinə mənfi təsir edə bilər. Bu səbəbdən müəllim, müğənni və s. kimi peşə sahiblərinə təzə heyva yemək tövsiyə edilmir.
Ümumiyyətlə, hətta sağlam insanlar az miqdarda təzə heyva yeməlidir. Meyvə çətinliklə həzm olunur. Heyvanı yumşalana qədər suda və ya buxarda bişirib yemək daha faydalı sayılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











