Şokolad dadı damaqda qalan, hissləri hərəkətə gətirən, xoşbəxtlik hormonunu yüksəldən qarşısı alınmaz ləzzətdir. Bu ləzzətin dadını necə alacağınızı bilirsinizmi?
Əvvəlcə özünüzü sərbəst buraxın; bu ilk qaydamızdır. Ağzınızda başqa dadın olmaması vacibdir. Şokoladın dadını almaq üçün onu üç mərhələli olaraq yemək lazımdır. İlkin olaraq şokolada baxın. Görünüşü parlaq və mükəmməl olmalı, üzərində ləkə və cızıq olmamalıdır. Dizayn və üzərindəki cizgilər xüsusi olarsa, o şokolada baxmaq belə sizin əhvalınızı yüksəldəcək.
Dad almaq xüsusiyyətinin 80%-i qoxudan başlayır. Şokoladınızı dadmaq üçün əvvəlcə onu qoxlayın. Qablaşdırmasını açdığınız andan etibarən ətri sizi bihuş etməlidir. Əlinizdəki keyfiyyətli şokoladdırsa, içindəki aromatların qoxusunu hiss edəcəksiniz.
İndi isə dadına baxın. İlk olaraq şokoladı dinləyin. Bəli, səhv oxumadınız. Dinləyin ki, səsi sizə sərtliyi haqqında az da olsa məlumat versin. Gözünüzü yumun və şokolad dünyasına səyahət edin. Əsl şokoladın dadı nə az, nə çox 45 dəqiqə damaqda qala bilir.
Keyfiyyətli şokoladı təyin edə bilməyin asan yollarından biri də şokoladı qırdığınız zaman ətrafa qırıntılar tökülmədən qırılmasıdır.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











