Türkiyənin Bursa şəhərində yaşayan İlker Bayrak adlı şəxsin 4 kiloqram çəkisi, 66 sm boyu var.
Mediainfo.az medicina.az-a istinadən bildirir ki, 2005-ci ildə doğulan İlker Silver - Russell sindromu (böyümə və inkişaf geriliyi) xəstəliyindən əziyyət çəkir. O, doğulduqdan sonra valideynləri tərəfindən xeyli həkimə aparılıb. Sonda İlkerdə dünyada milyonda bir görülən inkişafdan geri qalma xəstəliyinin olduğu aşkarlanıb.
İlkerin sözlərinə görə, onu ilk dəfə görənlər təəccüblənir:
"İnsanlar məni tez sevir. Müəllimlər evə gələrək mənə təhsil verirlər. Ailəmi, dostlarımı və müəllimlərimi çox sevirəm".
14 yaşlı qeyri-adi adam ən böyük xəyalının Türkiyə prezidenti Ərdoğanı və qapıçı V. Demireli görmək olduğunu bildirib.
Atasının sözlərinə görə, İlker doğularkən 850 qram ağırlığında olub və 100 gün küvəzdə saxlanılıb. Daha sonra diaqnozu bəlli olub. Türkiyədə belə doğulan, sadəcə, 3 uşaq var. Onlardan biri dünyasını dəyişib: "Biz bu baxımdan çox şanslıyıq. Oğlum həyatdadır və ailəmizin sevinc mənbəyidir".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















