Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ümumi dəyəri 6 205,02 ABŞ dolları olan 966,7 ton çay ixrac edib.
Mediainfo.az-ın Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında Azərbaycandan xaricə ixrac edilən çayın dəyəri 3,3%, həcmi isə 9,1% artıb.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında çayın ümumi ixracdakı payı cəmi 0,05% təşkil edib.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 251,47 min dollar təşkil edən 8 733,7 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi, demək olar ki, dəyişməsə də (cəmi 0,01% azalma), dəyəri 1,2% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,37% təşkil edib.
Göründüyü kimi, cari ilin ilk səkkiz ayında Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











