Moskva Dövlət Universitetinin Fundamental Tibb Fakültəsinin böyük elmi işçisi, həkim Zuxra Pavlova gec yatmağın zərərlərindən danışıb.
Ekspert möhkəm yuxu ritminin hormonal fonu tənzimlədiyini bildirib.
"Gec yatmağa üstünlük verənlər daha çox yağ toxumasına sahib ola bilərlər. Sirkadiyalı yuxu ritmləri deyilən bir şey var ki, insan ondan asılıdır. Vahid təbii ritmlərdən asılı olaraq sadəcə dəniz və okeanlar axmır, insan bədəni də günün vaxtına diqqət yetirərək öz hormonal əsasını qurur. Gec yuxuya gedən insanda bir çox vacib hormon və bunlardan əvvəl bütün hormonal sistemin "dirijoru” rolunu yerinə yetirən kortizolun balansı pozulur. Vücud bu nizamsız ritmlərə uyğunlaşa bilsə də, məcburi uyğunlaşma prosesində sağlamlığını itirə bilər. Odur ki, bədəninizə diqqətlə və vaxtında qayğı göstərməlisiniz”, - mütəxəssis izah edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











