Şotlandiyada dəyəri bir milyon funt sterlinq (2 milyon 150 min manat) olan şahmat fiquru tapılıb.
Edinburq şəhərində yaşayan bir ailəyə məxsus köhnə əşyaların içində qədim şahmat fiquru tapılıb. Həmin ailənin üzvlərindən biri ötən əsrin 60-cı illərində əntiq əşyaların satışı ilə məşğul olub. Bu fiqur isə təxminən 5 funt sterlinqə alınıb. Ailə başçısı fiquru Londonun "Sotbis" hərrac evinə apardıqda eşitdiyi xəbərdən heyrətə gəlib. Həmin fiqurun 1831-ci ildə Luis adasında tapılan xəzinədəki şahmat dəstinə aid olduğu müəyyən edilib. Belə ki, iki əsr əvvəl tapılan xəzinədə qızıl əşyaları ilə yanaşı, şahmat fiqurları da olub. Həmin vaxt tapılan 93 fiqurdan 82-si Londondakı Tarix Muzeyində, 11-i isə Edinburqdakı Şotlandiya Milli Muzeyində saxlanılır. İlkin olaraq bir milyon funt sterlinq dəyərində qiymətləndirilən fiqur iyulun 2-də Londonda hərraca çıxarılacaq.
Morj və balina dişlərindən düzəldilmiş fiqurların hündürluyü 9 santimetrdir. Onların mənşəyi və harada düzəldiyi barədə dəqiq məlumat yoxdur. Bir fərziyyəyə görə, bu şahmat fiqurları XII-XIV əsrlərdə Norveçin Tronxeym şəhərində düzəldilib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















