Tailand kralı Maxa Vaçiralonqhorn (X Rama) general Sudhid Vaçiralonqhorn ilə nikaha girib və onu kraliça adlandırıb.
Bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb. Monarxın həyat yoldaşı kral qvardiyasının xüsusi bölməsində xidmət edib və "Thai Airways" aviaşirkətində stüardessa işləyib. X Rama nikah barədə tacqoyma mərasimindən üç gün əvvəl məlumat verib. Tailand kralı 2016-cı ildə, ölkəyə 70 il rəhbərlik edən atası Phumilhon Adulyadetin (IX Rama) vəfatından sonra taxta çıxıb.
Hakim Çakri sülaləsinin ənənəsinə görə, hər bir kralın tacqoyması taxta çıxdıqdan bir müddət sonra keçirilir. X Ramanın tacqoyma mərasimi mayın 2-dən 6-na qədər davam edəcək. İlkin məlumata görə, prosesi izləmək üçün 7 kilometrlik marşrut üzrə küçələr boyunca ölkənin bütün əyalətlərindən gələn 150 mindən çox tamaşaçı toplaşacaq.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











