Ərdoğanla Obamanın sirrini bilən azərbaycanlı qadın

Ərdoğanla Obamanın sirrini bilən azərbaycanlı qadın

Hazırda ABŞ Prezidenti Trampa türkcədən tərcüməçilik edən və "Sirr qadın" kimi tanınan əslən azərbaycanlı Olcay Kartarı Raçed ötən gün jurnalist Emin Musəvinin paylaşımından sonra bir daha diqqət mərkəzindədir.

Olcay Kartarı 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. O, vaxtilə Türkiyədə Təhsil İdarəsinin müdiri olmuş Həsən Kartarının qızıdır. Olcay xanım Kartarı ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. 2-ci qardaşı professor Əsgər Kartarı Hacəttəpə Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub.

Olcay Kartarı vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb. Türkiyədə Hacəttəpə Universitetini bitirdikdən sonra 80-ci illərdə ABŞ-a köçüb. Bir müddət orada "Amerikanın səsi" radiosunda, daha sonra ABŞ Dövlət Departamentində işləyib.

O, Türkiyə ilə ABŞ arasında münasibətlərdə ata Buş, Klinton, oğul Buş, Obama dövrlərində tərcüməçi vəzifəsini yerinə yetirib. Hazırda da iki ölkə lideri arasında tərcüməçilik edən Olcay Kartarı tibb sahəsində çalışan Şem Raçed ilə evlənib. Cütlüyün iki oğlu və bir qızı var: böyük oğlu Kərim beynəlxalq münasibətlər üzrə, digər oğlu Əmrə Nyu York Universitetində çalışır, qızı İnci isə ingilis dili üzrə təhsil alıb. O, Türkiyəyə gələrək, Hacəttəpə Universitetində Caz fakültəsini yaradıb və daha sonra ABŞ-a qayıdıb.(kult.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az