Dünyada enerjiyə tələbat getdikcə artır.
"Report"un Analitik qrupu bildirir ki, hazırda planetdə 1975-ci illə müqayisədə 5 dəfə çox enerji istehlak edilir.
Tələbatın sürətlə artması dünya ölkələrini ənənəvi enerji mənbələrini tədricən alternativ enerji mənbələri ilə əvəz etməyə vadar edir. Çünki mövcud neft və qaz ehtiyatları həmişə lazım olan qədər enerji istehsal etməyə imkan verməyəcək.
Hazırda dünyanın enerji balansında yeraltı təbii sərvətlərin payı 79,5%, uranın payı (nüvə enerjisi) 2,2%, günəş, külək və dalğanın (alternativ enerjinin) payı isə 18,3%-dir. Alternativ yolla əldə olunan enerjinin 48%-i istiliklə təchizata, 32%-i nəqliyyat vasitələrinin hərəkətə gətirilməsinə, qalan 20%-i isə digər sahələrə yönəldilir.
Son 1 ildə alternativ enerjinin istilikdə payı 10,3%, nəqliyyatda payı isə 3,1% artıb. Onun istehsal həcmində isə 2dəfə artım qeydə alınıb. Bu artımı isə, əsasən, inkişaf etmiş ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Danimarka, İsveç, İslandiya, Çin, Kosta-Rika, Uruqvay, Nikaraqua, Keniya və Marakeş təmin edib. Onların bəzilərində alternativ enerjinin ölkə üzrə istehsal edilən enerjidə payı 90-100% civarındadır. Bununla yanaşı, digər ölkələr də alternativ yolla enerji istehsalında sürətlə irəliləyir. Məsələn, 85 ölkə tezliklə alternativ enerjinin payını azı 50%-ə çatdırmaq barədə düşünür.
"Report"un Analitik qrupu hesab edir ki, dünyada alternativ enerjisinin xüsusi çəkisi 2020-ci ildə azı 20%, 2035-ci ildə azı 50%, 2050-ci ildə 100% təşkil edəcək.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















