Şamaxı sakini yanacağa qənaət edən soba hazırlayıb. Soba həm odun, həm də qazla işləyir. Hər iki yanacağa da 80 faiz qənaət edir. Sobadan eyni zamanda yemək bişirmək və su qızdırmaq üçün istifadə etmək olur.
Bir otağı qızdırmaq üçün 1 sutkaya 2 kub qaz yandırır.
Üstəlik, bu soba həm də odunla işləyir.
Şamaxının Dəmirçi kənd sakini Rəşad Şeydayevin düzəltdiyi soba qənaətcil olması baxımından diqqət çəkir. Peşəsi qaynaqçı olan kənd sakini daha az pul xərcləməklə daha çox istilik əldə etməyin yolunu tapıb. Onun hazırladığı soba yanacağa 80 faiz qənaət edir. Soba həm odunla, həm də mavi yanacaqla işləyir.
Usta hazırladığı sobanın tam təhlükəsiz olduğuna zəmanət verir. Soba qısa zamanda evin bütün otaqlarını eyni dərəcədə qızdırır. Sobanın kənarlarına yerləşdirilən xüsusi detallar onun qaz və odun sərfiyyatını ciddi şəkildə azaldır. Bir otağı qızdırmaq üçün 24 saat ərzində cəmi 2 kub qaz lazım olur. Sobanın üstündə isə müxtəlif yeməklər bişirmək mümkündür.
Evə daxil olan təzyiqli soyuq su sobaya yerləşdirilmiş borudan keçərək isidilir və evə bərabər qaydada paylanılır. Bu zaman mətbəxdə istifadə edilən soyuq su da isidilmiş olur.
© xezerxeber.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











