Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş avtomobil satılır.
Sovet dövrünün ən uzunmüddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçib.
İllər keçdikdən sonra isə həmin avtomobili Bakı sakini alaraq özündə saxlayıb. Emin Nəbiyev antikvar avtomobili auksion vasitəsilə Rusiyadan alıb. Aldıqdan sonra interyerində və bəzi hissələrində dəyişiklik edərək avtomobili zavod istehsalından da yaxşı vəziyyətə gətirib.
Maşında mini bar, televizor, kamera, kondisioner mövcuddur. 40-a yaxın yaşı olan avtomobildə rahatlıq üçün, demək olar ki, bütün imkanlar var.
Avtomobil texniki götəricilərinə görə müasir avtomobillərdən heç də geri qalmır. Avtomat transmissiyalı mühərrik səkkiz silindirə malikdir.
"Çayka" 12 ilə yaxındır ki, Bakı sakini Emin Nəbiyevdədir.
Hazırda avtomobilin sahibi Emin Məmmədov sürməyə və qulluq etməyə vaxtı olmadığından öz antikvar "Çayka"sını satır.
E.Nəbiyev deyir ki, avtomobili satmasının əsas səbəbi onu sürməyə və qulluq etməyə vaxtının olmamasıdır. O, avtomobili retro maşınlara marağı olan şəxsə satmaq istəyir.
Qeyd edək ki, "QAZ-14" markalı avtomobildən cəmi 1114 ədəd istehsal olunub. Hazırda Azərbaycanda bu modelin sayı 10-dan çox deyil.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































