Qərbi Asiyada ən sıx məskunlaşmış şəhər olan İranın paytaxtı Tehran gözlənilmədən çox sürətli templərlə "yatır".
Bu haqda Almaniyadakı Geofizik Tədqiqatlar Mərkəzindən (GFZ) olan alimlər iddia edirlər.
Alimlərin sözlərinə görə, əhalisi təxminən 15 milyon olan Tehran sürətlə "torpağın altına gedir". Elm adamları iddia edir ki, çökmə prosesi dönməz ola bilər. İddia edilir ki, İran paytaxtının bəzi regionları hər il 25 santimetr düşür.
Mütəxəssislər bunun əsas səbəbi kimi göstərirlər ki, sakinlər torpağın altından suyu daim çəkirlər və torpaq getdikcə susuzlaşdığı üçün onda çatlar yaranır. Nəticədə su aşağı çatlar üzrə axır. Bu, yalnız torpağın çökməsini sürətləndirmir, həm də kənd təsərrüfatının effektivliyini aşağı salır.
Mütəxəssislərin proqnozuna görə, İran hakimiyyəti yeraltı suların ötürülməsinin qarşısının alınması üçün kifayət qədər addımlara təşəbbüs etməsə, vəziyyət daha qeyri-stabil ola bilər. Publika.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











