"PolarGAP" beynəlxalq layihəsinin tədqiqatçıları təyyarə ilə Antarktida üzərindən uçublar.
Təyyarədəki radio lokator buzun 3 km altına qədər məsafəni axtarıb. Məlum olub ki, lokator şərq hissədəki dərinlikdə anomal isti qeydə alıb. Ehtimal edilir ki, naməlum güclü istilik mənbəyi buzu aşağıdan əridir və bu zaman güclü radioaktiv şüalanma baş verir.
Tədqiqatçıların fikrinə görə, buzun altındakı bu yerdə radioaktivlik var. Bu aktivlik 3 km dərinlikdə şirin və isti suyu olan göl yaradıb. Göl buzun əriməsindən meydana çıxıb.
Dəqiq radiasiya mənbəyi alimlərə məlum deyil və hazırda bu tapmacanın çözülməsi üzərində iş gedir. Hazırda radioaktiv mənbə ətrafdakı buz qatlarına zəif təsir edir. Amma alimlər düşünürlər ki, gələcəkdə isti su buzların tez əriməsinə səbəb olacaq. Bu proses yüz min illər və ya milyon il davam edə bilər. Amma gələcəkdə iqlimin istiləşməsi daha başqa nəticələrə səbəb ola bilər.
Müəmmalı radioaktiv mənbə sahil xəttindən 750 km aralıda yerləşir. Onun dəqiq koordinatları bildirilmir.
Qeyd edək ki, sözügedən kəşf Antarktidada bir ilkdir. (ölkə.az)
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































