Qazaxıstanda qeyri-adi hadisə baş verib.
Zuldiz rayonunun Tomarlı kəndindən olan 63 yaşlı Ayqali Supuqaliyev adlı şəxs bu ilin iyun ayında evindən çıxıb və geri qayıtmayıb. Bundan narahat olan ailəsi onunla bağlı polisə məlumat veriblər. 2 ay sonra ailə morqa çağırılıb və tapılan cəsədlərdən birinin ona aid ola biləcəyi bildirilib. Meyitin DNT analizi aparıldıqdan sonra tibbi ekspertiza həmin şəxsin 99,92 faiz ehtimalla Ayqalı olduğu barədə rəy çıxarıb.
Ailə ölən şəxsin qalıqlarını evə gətirərək, kənddə yas mərasimi təşkil edib və sentyabrın 2-də meyit rayondakı müsəlman qəbristanlıqlarının birində basdırılıb.
Hadisədən 2 ay sonra isə Supuqaliyev evinə qayıdaraq, hər kəsi təəccübləndirib. Məlum olub ki, o, 4 ay öncə rayonda tanış olduğu bir nəfərlə müvəqqəti işləmək üçün Ərafat bölgəsinin yaxınlığında bir yerə gedib və ailəsi ilə əlaqə saxlaya bilməyib.
Ailə tibbi ekspertiz9a idarəsinin ekspertlərini yanlış rəy verikləri üçün məhkəməyə verməyə hazırlaşır. Basdırılan şəxsin isə kimliyi barədə məlumat verilmir. qaynarinfo)
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































