Hindistanda naməlum sivilizasiyanın izləri aşkar edilib.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Maxaraştra ştatının qərbindəki Konkan rayonundakı yüksəkliklərdən birində rəsmlər-petroqliflər aşkar edilib. Onların çoxu min illərboyu diqqətdən kənarda qalıb. Təpədəki rəsmlərdə quş, vəhşi heyvan, insan və geometrik fiqurlar təsvir edilib. Onların çoxuna vaxtı ilə yerli əhali sitayiş edib. Tapılmış rəsmlərin dünyanın digər yerlərində aşkar edilən analoji rəsmlərlə müqayisəsi zamanı onların daha qədimlərə aid olduğu məlum olub. Maxaraştra ştatının Arxeologiya departamentinin direktoru Teas Harc: " Rəsmlərdə kənd təsərrüfatı ilə bağlı heç nə yoxdur. Bu rəsmlər yalnız heyvanların, quşların təsvirindən ibarətdir. Bu da onu göstərir ki, rəzmlər çəkilərkən insanların hələ əkinçilikdən, buğdadan, arpadan xəbərləri olmayıb. Bütün bunlar da tapılan rəsmlərin hansısa qədim sivilizasiyaya aid olduğunu bir daha təsdiq edir",-deyib.
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi




























.jpg)


















.jpg)
