İsveçin Çalmers Texniki Universitetinin tədqiqat qrupu Günəş enerjisini uzun müddət saxlaya bilən karbon, hidrogen və azot tərkibli molekul hazırlayıb.
Bu barədə Azərtac Azərbaycan Milli Elmlər Akademiyası Naked-science.ru saytına istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, unikal xüsusiyyətə malik molekul Günəş işığı altında izomerlə zəngin enerjiyə çevrilir. İzomeri enerji tələb olan vaxtadək saxlamaq mümkündür və o, tədqiqatçılar tərəfindən MOST (Molecular Solar Thermal Energy Storage – Günəş enerjisinin molekulyar saxlanılması) adlandırılan günəş enerji sistemində istifadə üçün yararlı hesab edilir.
Alimlər toplanan enerjinin boşaldılmasına nəzarət üçün katalizator hazırlayıblar. İçindən mayenin axaraq istilik reaksiyası yaratdığı katalizator filtr kimi işləyir. Mayenin temperaturu daxil olan zaman Selsi üzrə 20 dərəcə təşkil etdiyi halda o, filtrdən keçdikdən sonra 83 dərəcəyədək qızır. Bundan sonra molekul təkrar istifadə üçün ilkin formasına qayıdır.
Tədqiqatların aparıldığı müddət ərzində mütəxəssislər tərəfindən molekulun quruluşu və xüsusiyyətləri təkmilləşdirilərək enerjinin saxlanma müddəti 18 ilədək artırılıb.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































