İtaliyanın şimalındakı Komo şəhəri yaxınlığında, köhnə bir teatrın ərazisində Qədim Roma imperiyası dövrünə aid olan yüzlərlə qızıl sikkələr tapılıb.
Bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Roma imperiyasının son dövrlərinə (bizim eranın V əsrinə) aid olduğu güman edilən qızıl sikkələr "Cressoni" teatrının zirzəmisində unikal formalı steatit qabda aşkar edilib. Yerli KİV-lər sikkələrin milyonlarla avro dəyərində olduğunu bildirirlər.
"Hələ bu tapıntının tarixi və mədəni əhəmiyyətini bilmirik. Bu zona arxeoloqlarımız üçün əsl xəzinədir. Mən tapıntı ilə fəxr edirəm", – deyə ölkənin mədəni irs, fəaliyyət və turizm naziri Alberto Bonizoli "Facebook"da yazıb.
1870-ci ildə açılan, daha sonralar isə bağlandığı ilədək (1997-ci ilə qədər) kinoteatr kimi fəaliyyət göstərən teatrın sökülüb yerində dəbdəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulduğu da bildirilib. AzərTac
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















