Azərbaycanda sevgili cütlüklərin faciəvi sonluğu

Azərbaycanda sevgili cütlüklərin faciəvi sonluğu

Xəbər verdiyimiz kimi, ötən gün iki gənc faciəvi şəkildə dünyasını dəyişib. Belə ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbli binanın həyətində yerləşən qarajdakı "Nissan" markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə. və 1990-cı il təvəllüdlü E.Z. intim münasibətdə olarkən qazdan boğularaq ölüb. Təəssüf ki, bu cür hadisələr Azərbaycanda ilk dəfə baş vermir.

Big.az i Azərbaycanda faciəvi şəkildə ölən gənclərin siyahısını təqdim edir:

Azərbaycanda sevgili cütlüklərin faciəvi sonluğu: Biri qolundan oldu, digərləri canından - FOTOLAR

Qəbələdə bir-birini sevən iki gənc intihar edib. Hadisə avqustun 28-də axşam radələrində baş verib. Məlumatı verən şəxsin sözlərinə görə, cütlük ailə qurmaq istəyib, amma oğlan evi buna qarşı çıxıb:

"Sevgililər asılmış vəziyyətdə tapılıb. Qız ailə qurub ayrılmışdı. Bir uşaq anasıdır. Oğlanın 24 yaşı var. Bir-birlərini sevirlərmiş. Oğlan qızla ailə qurmaq istəyib. Amma oğlanın ailəsi buna mane olub. Onlar da çıxış yolunu intiharda görüblər".

Azərbaycanda sevgili cütlüklərin faciəvi sonluğu: Biri qolundan oldu, digərləri canından - FOTOLAR

2015- ci ilin oktyabr ayında Fəqan Fərzəliyev və Pərvin cütlüyü Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsində yerləşən 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Nəticədə gənclər elektrik cərəyanı keçirib, ağır yanıq xəsarətləri almışdılar. Fəqanın bir qolu amputasiya olunmuşdu. Qeyd edək ki, 2016-cı ildə cütlüyün toyu olub.

Azərbaycanda sevgili cütlüklərin faciəvi sonluğu: Biri qolundan oldu, digərləri canından - FOTOLAR

2016-cı ilin iyulunda Sumqayıt şəhərində maşında gənc oğlanla qızın meyiti tapılıb. Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənanla sevgilisi S.Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib. Hadisə baş verən günün səhəri Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb. Qeyd edək ki, S. Mütəllimova Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi olub. Kənan isə Ukraynada təhsil alıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az