Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulan qızı 25 il sonra uğurlu əməliyyat edərək onun gözlərini açıb.
"Qafqazinfo"nun "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Bakıda özəl xəstəxanalardan birində çalışan Əlizadə Türkiyə həkimlərinin qurduğu "Könüllülər dərnəyi"nin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi "Bir milyon katarakt əməliyyatı" çərçivəsində həkim qrupu tərkibində Nigerə gedib.
O, 25 ildir kor olan Xədicə Şəfahət adlı qadını müayinə edərkən gözündə katarakta (mirvari suyu) olduğunu öyrənib.
"Xədicə xanım gözləri görməyən uşağını əməliyyat üçün yanıma gətirdiyində qəribə baxdığını gördüm. Diqqətlə baxanda gözündə ağ katarakta olduğunu anladım. Xəstəni təcili əməliyyat edərək gözlərinə linza qoyduq. O, bir gün sonra gözlərini açanda qüsursuz şəkildə dünyanı, övladını, həyat yoldaşını görə bildi. İlk öncə ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur", - deyə Mehriban Əlizadə bildirib.

![]()
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











