İrvaynada Amerikanın Kaliforniya universitetinin alimləri Şərqi Antarktidada böyük buzlaqların, o cümlədən Totten buzlağının və Moskava universiteti buzlağının əriməsini aşkar ediblər. Bu buzlaqlardakı suyun həcmi nəzəri cəhətdən dənizin səviyyəsini 5 metr qaldıra bilər.
Tədqiqatçılar NASA peykinin köməyilə alınmış məlumatları təhlil edərkən buzlağın səthində yaranmış dəyişiklikləri dəyərləndiriblər. Onlar bunu iqlim modellərinin nəticələri ilə birləşdiriblər. Bu zaman buzlağın səthində yaranan buzla əriyən buz arasında sürəti müqayisə ediblər.
Qlyasioloqların (buzlaşmanı öyrənənlər) qiymətinə görə 2002-ci il aprelindən 2016-cı ilin sentyabrına kimi hər iki buzlaq 18,5 milyard ton buzlaşmış su itirib. Bu, dənizin səviyyəsinin 0,7 millimetr artmasına bərabərdir.
Hərçənd Antarktidanın şərq hissəsi başqa buzlaqlarla müqayisədə iqlim dəyişikliyi üçün ən az zərər görən yer hesab olunur. (moderator.az)
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi






























.jpg)

















