Braziliyanın Amazon meşələrində 22 ildir tək yaşayan yerli sakinin yeni fotoları üzə çıxıb.
Mediainfo.az ölkə.az-a istinadən xəbər verir ki, dünyanın ən tənha adamı adlandırılan adam digər qəbilə üzvlərinin öldürülməsindən sonra tək qalıb.
50 yaşı olduğu təxmin edilən şəxsin görüntüləri Braziliya hökumətinin yerli xalqlarla əlaqəli işləyən "FUNAİ" cəmiyyəti tərəfindən çəkilib. Çox uzaqdan çəkilən fotoların birində bir insanın balta ilə ağac kəsdiyi görünür.
"FUNAİ" dünyanın ən tənha adamını 1996-cı ildən bəri uzaqdan izləyir. Yerlinin Braziliyanın şimal-qərbindəki Rondoniada yaşadığı bölgənin mühafizə sahəsi olması üçün onun yaşadığını sübut etmək lazımdır. 4 min hektarlıq bölgənin ətrafında fermalar və qeyri-qanuni ağacları kəsilmiş sahələr var. Amma yerlinin yaşadığı bölgəyə girmək qadağan edilib.
Braziliya konstitusiyasına görə yerlilərin torpaq haqqı var. Yerli adam haqqında isə çox az məlumat var. Ehtimal edilir ki, qəbiləsinin son üzvü olub. Bu günə qədər müasir dünyadan heç kəs onunla əlaqə qurmayıb. Üzvü olduğu 6 nəfərlik qəbilə 1996-cı ildə fermerlerin hücumuna məruz qalıb və təkcə o, sağ qalıb. Onun qəbiləsinin hansı ad və dildən istifadə etdiyi bilinmir. Braziliya mətbuatı uzun illər onu "Çuxur adamı" adlandırıb. Çünki heyvan ovlamaq və gizlənmək üçün çoxlu çuxur qazıb. Əvvəllər qamışdan tikilmiş daxmalar, yay və ox kimi alətlərinin olduğu da bilinirdi.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











