Cəmiyyətdə belə bir mistik fikir var ki, heyvanlar gözəgörünməz varlıqları görə bilirlər. Xüsusən də itlərdə bu bacarıq daha çox müşahidə olunub.
Bu günlərdə xarici mediada əks-səda doğuran bir xəbər yayılıb. Sosial şəbəkə istifadəçisi olan amerikalı gənc qız itinin ruhları gördüyünü iddia edib.
"Mən rəfiqələrimi evimizə çağırmışdım. Bir az əylənəndən sonra xüsusi ayinlə ruh çağırmaq qərarına gəldik. Birdən əlimizin altındakı nəlbəki hərflərin üzərinə gedərək, otaqdakı itimi bayıra çıxartmağı əmr etdi. Biz iti çıxardıq. Və mən ruhdan otağın hansı küncdə olduğunu soruşdum. O da divanda əyləşdiyini dedi. Bir müddət sonra iti otağa gətirdim. Otağa girən kimi divanın qarşısında sakitcə uzanıb, sanki sahibinə təzim etdi. Bu hadisə məni vahiməyə saldı. Axı necə olur ki, itlər biz görmədiklərimizi görürlər?"
Sosial şəbəkədə müzakirəyə çevrilən bu əhvalat digər it sahiblərinin maraqli mistik müşahidələri ilə davam edib. Publika.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































