Konnektikut (ABŞ) ştatının polisi maşının sındırılması haqqında çağırışı eşidəndə hadisə yerinə yollanıb və maşında ayı görüblər. Bəlli olub ki, maşına girən ayı özünü avtomobildə sıxışıb qalıb və heç cür ordan çıxa bilməyib.
Maşının sahibi Linda Morad görəndə ki, onun saxladığı "Subari Outback" maşınının işıqları yanır, həmçinin siqnal verir, tez xilasedicilərə zəng vurur.
"Mən burada tamam təkəm və kimsə mənim maşınıma girib. Faralar yanır, fit səsi vıyıldayır, elə bil dəli olub, mən avtomobilin içində hərəkət görürəm" - deyə, dispetçerə deyib.
Tezliklə hadisə yerinə polis gəlib və görüb ki, maşının qapısını sındıran bir qara ayıdır.
"Biz düşünürük ki, o qapını pəncəsi ilə açıb. Və maşını batırdığına görə, hiss olunur ki, vəhşi çox qorxub", polis kapitanı Lourens Terra (Lawrence Terra) belə ehtimal edib.
Onlar avtomobilin qapısını açıblar və ayı dərhal çıxıb qaçıb.
Konnektikut ştatının ətraf mühitin qorunması və energetika nazirliyinin nümayəndəsi Kriss Kollibi bildirib ki, heyvanlar avtomobillərə tez-tez soxulurlar, çünki onları yemək qoxusu cəlb edir. Lakin Morad qeyd edib ki, onun maşınında yemək yalnız banandan ibarət olub və ayı da ona toxunmayıb.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































