İspaniyada maraqlı hadisə baş verib.
Madrid şəhərində yaşayan 57 yaşlı Karmen Ximenez 30 ildir özünü kor kimi təqdim edib. Buna səbəb qadının ailəsinə, eləcə də ətrafındakı insanlara salam verməkdən bezməsi olub.
Əri ondan şübhələnərək arvadının hərəkətlərini müşahidə etməyə başlayıb. Əri deyir ki, o, çox səliqəli makiyaj edir, bəzən televizora baxır:
"Təxminən 30 ildir ki, kor təqlidi edir. Kor olduğunu desə də, heç bir kömək olmadan uzaq məsafələrə gedib-gələ bilirdi. Hərdən televizora da baxdığını görürdüm".
Karmen Ximenez yalanı üzə çıxandan sonra yerli mətbuata belə açıqlama verib:
"Bəli, mən kor deyiləm. Heç vaxt da görmə qabiliyyətimi itirməmişəm. İnsanları küçədə görüb, salam verməkdən bezmişdim. Heç vaxt sosial insan olmamışam. Hər kəsdən sıxıldım. Salam verməkdən bezdim və ağlıma bu gəldi".
Ailəsi ilə yanaşı, dövləti də aldadan qadın məhkəməyə verilib. Dövlətə kor olduğuna dair saxta sənədlər verərək, sosial yardım alan qadın hüquqi yollarla cəzalandırılacaq.(publika.az)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)










.jpg)
















.jpg)















