Mars yaşıl cənnətə belə çevriləcək – Şok video

Mars yaşıl cənnətə belə çevriləcək – Şok video

Marsı necə yaşıl cənnətə çevirmək olar? Marsı insanların yaşayışı üçün əlverişli planetə çevirmək üçün hansı addımlar atılmalıdır?

Sosial şəbəkələrdə "qırmızı planet"in bəşəriyyətin ikinci evinə çevrilməsi üçün atıla biləcək addımlarla bağlı video yayılıb.

Videoda Marsı yaşıl cənnətə çevirmək üçün atılacaq ilk addımın planetin səthinin termo-nüvə silahları ilə bombardman edilməsinin olduğu göstərilir. Uzun müddət davam edən bu bombardman planetin səthində iqlim dəyişiklərinə səbəb olacaq. Bundan sonra insanlar karbon dioksidlə istiliyi saxlamağa cəhd edəcəklər. Bunun üçün Marsa metan qazı buraxan qurğular göndəriləcək, çünki metan qazı da istiliyin saxlanılmasına yardım edəcək. Bu proses müəyyən zaman çərçivəsində mütəmadi olaraq davam etdiriləcək. Planet əvvəlkindən daha isti olacaq ki, bu da öz növbəsində qütblərdəki buz qatının əriməsinə səbəb olacaq. Bununla da bəşəriyyət Marsda ilk dəfə su qatının yaranmasına nail olacaq. Lakin əldə olunan su ehtiyatı heç də canlı aləmin formalaşmasına kifayət edəcək miqdarda olmayacaq.

Daha çox suya ehtiyacımız olacaq və bu səbəbdən planetin səthində növbəti bombardman mərhələsi start götürəcək. Bu dəfə planetin səthinə asteroid və kometlərlə zərbə endiriləcək. Müəyyən zaman kəsimindən sonra Marsda atmosfer yaranmağa başlayacaq. Bu atmosferdə insanlar üçün oksigenin yaranması ən zəruri addımlardan biri olacaq. Bunun üçün isə "qırmızı planet"ə genetik olaraq hazırlanmış bitkilərin əkilməsinə başlanılacaq.

Son mərhələdə isə artıq insanların yaşayışı üçün mənzillərin tikintisinə başlanır.

Sonda isə Günəş sistemində yaşaya biləcəyimiz bir planetə sahib olaraq əhatəmizi genişləndiririk.

Videonun sonunda Marsın əvvəlki və bütün bunlar həyata keçirildikdən sonrakı vəziyyəti müqayisə edilir.

Axar.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az