Alimlər erkən ölümü tezləşdirən qidaları açıqladı

Alimlər erkən ölümü tezləşdirən qidaları açıqladı

Yüksək dərəcəli termiki işlənmədən keçmiş, emal olunmuş hazır qidalar erkən ölümü artırır.

Mediainfo.az xəbər verir ki, San - Paulo Universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsini elan ediblər. Braziliyada 2019-cu ildə 30-60 yaş arası ölümlərin 57 mini emal olunmuş qidaların qəbulu ilə bağlı olub.

Bu hər il ölənlərin 10-12%-i deməkdir. Bu qidalar ürək-daçar, diabet, piylənmə, qaraciyər, böyrək xəstəliklərinə səbəb olur.

Ultra emaldan keçən qidalarda süni əlavələr olur. Bunlara tez hazır olan lapşa, şorbalar, hot-doq, pizza, vetçina, çörək, tort, pirojna, peçenye, qazlı içkilər aiddir.

Alimlər bununla bağlı digər araşdırmanı da təhlil ediblər. Belə qidaları yeməyənlərdə erkən ölüm statistikası necədir. Məlum olub ki, emal olunmuş qidalar yeməyənlər 60-70 yaşa daha çox çatıb.

Hesablamalara görə, Braziliyanın əhalisinin 4-də biri gündəlik qidasının 50%-ni yüksək emal edilmiş qidalardan alır. Əgər insanlar bu göstəricini 20%-ə endirsə, o zaman ildə erkən ölənlərin sayı 20 min nəfər azalardı.Bakupost.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az