Nadir hallarda da olsa güclü baş ağrısının arxasında beyinə qansızma səbəbi dura bilər.
Mediainfo.az xəbər verir ki, eyni zamanda güclü, deşici ağrı miqren tutması da ola bilər.
Əgər hər başı ağrıyanı MRT, KT və s. müayinələrdən keçirsək, o zaman xəstəxanalarda növbə illərlə çəkər.
Baş ağrısının sadəcə ağrı, yoxsa qansızma olmasını bilmək üçün mütəxəssis 2 suala cavab almalıdır və siz bu suala cavabı dəqiq verməlisiz.
Belə bir ağrı ömrünüzdə, bu vaxta qədər ilk dəfədir, yəni əvvəllər bu dərəcədə güclü ağrı hiss etməmisiz.
Və baş ağrısı bir anda, saniyələr içində başlayıb və güclənib.
Əgər hər iki sualın cavabı Hə olarsa, qansızmadan şübhələnmək olar və insan həkim nəzarətində MRT olunur.
Adətən subaraxnoidial qansızma arteriyarının yırtılması nəticəsində beyinlə kəllə arasındakı sahəyə qan axmasıdır. Bu təhlükəsiz də ola bilər, ölümcül də.
Qansızma olarkən xəstə bunları deyir.
Sanki kimsə başıma çəkiclə zərbə vurdu
Mağazada gəzirdim, sanki başıma taxta və ya vitrin düşdüyünü hiss etdim.
Qanaızmanın xarakterik cəhəti də budur ki, xəstə sanki başının içindən yox, kənardan küt alətlə vurulmasını hiss edir. Heç bir zərbə olmur, amma xəstə bunu hiss edir.Medicina.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































