Nasist Almaniyasının lideri Adolf Hitlerin SS batalyonlarının gizlətdiyi qızıllar Polşanın Minkovski şəhərində tarixi binanın altındakı xüsusi polad sandıqlarda tapılıb.
Mediainfo.az xəbər verir ki, tədqiqata rəhbərlik edən Alman-Polyak Fondunun əməkdaşları 3 metr dərinlikdə 232 milyon İsveçrə frankı dəyərində 10 ton nasist qızılı olduğuna əmin olduqları polad qutu aşkar ediblər.
18 ton zinət və digər qiymətli daşların da eyni ərazidə olduğu və ümumi dəyərinin 500 milyon avronu keçdiyi bildirilir.
Qızıl və zinət əşyalarının olduğu 1.5 metr uzunluğundakı qutunun açılması üçün lazımi icazə verilib. 14 hektarlıq saray bağında araşdırma aparan tədqiqatçılar xəzinənin dəqiq yerini müəyyən edə biliblər. Tələb olunan prosedurlar sentyabrın 1-də tamamlanarsa, qutu açılacaq.
İddiaya görə, o zamankı SS-in rəisi olan Haymler bu xəzinələrlə 4-cü Reyxi qurmaq planları hazırlamışdı.

Bu böyük kəşfin itirilmiş Breslau qızılları olduğu düşünülür. Qutuda Hitlerin müsadirə etdiyi qızıllardan başqa zəngin alman ailələrinin ruslardan xilas etmək üçün nasistlərə verdikləri zinət və müxtəlif qiymətli əşyalar da var.
Qızıllar gündəliklər, məxfi sənədlər və yüksək rütbəli SS zabitinin qeydləri sayəsində tapılıb.
SS zabitinin qeydlərində deyilir: “Qaranlıqda çatdırılan yeşiklər və konteynerlər üçün təhlükəsiz ev olan yerdə bir çuxur qazılıb”.
12 mart 1945-ci il tarixli sənədə əsasən, burada “Reyxbank”dan alınmış 48 qutu basdırılıb.
Bütün nəhəng xəzinə 28 ton həcmində qiymətləndirilir. Eyni gündəlik sayəsində əvvəllər də gizli bir qalanın yeri müəyyən edilmişdi.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































