Böyük Britaniyada həvəskar xəzinəaxtaran 140 min funt-sterlinq dəyərində qiymətləndirilən nadir sikkə tapıb.
Mediainfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilir ki, Endi Karter dörd il əvvəl təqaüdə çıxıb və o vaxtdan həftə sonlarını metal detektoru ilə ətrafdakı əraziləri yoxlayaraq keçirib. Bugünlərdə bəxt ona gülümsəyib. Belə ki, təqaüdçü tapdığı sikkəni dərhal ekspertə göstərib və onun sözlərinə görə, gözləri hədəqəsindən çıxıb.
Məlum olub ki, Karter 1344-cü ilin yanvarında London qülləsində zərb edilmiş bəbir şəkilli unikal qızıl florin (orta əsrlərdə Qərbi Avropa kəsilən qızıl və ya gümüş sikkə) tapıb. Sikkənin çəkisi 23 karatdır və cəmi yeddi ay dövriyyədə olub.
“Dix Noonan Webb” hərrac şirkətinin mütəxəssisi Naycel Mills deyib: “Bu günə qədər yalnız beş belə sikkə məlumdur və bu, hərraca çıxarılan iki nüsxədən ən yaxşısıdır”.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“







































.jpg)

.jpg)












