Yemişin lətindəki faydalı maddələr insanın sinir sisteminə müsbət təsir edir və əhvalı yüksəldir.
Mediainfo.az xəbər verir ki, bunu Rusiyanın paytaxtı Moskvanın Səhiyyə Departamentinin dietoloqu Antonina Starodubova söyləyib.
“Yemişin faydası onun böyük çeşidli tərkibi ilə əlaqəlidir. Qovun A, C, B, E kimi vitaminlər, fol turşusu, beta-karotin, kalium, maqnezium, fosfor, kobalt, silisium kimi miniral maddələrin zəngin mənbəyidir”, - dietoloq qeyd edib.
A.Starodubovanın sözlərinə görə, belə zəngin tərkibin sayəsində yemiş antioksidant xüsusiyyətlər, sidikqovucu təsirlərə malikdir, həmçinin sinir və ürək-damar sisteminə müsbət təsir göstərir, əhvalı yüksəldir, mədə-bağırsaq traktatının fəaliyyətini normallaşdırır. Bundan başqa, yemiş ateroskleroz və onkoloji xəstəliklərin inkişafına əngəl olur.
Bununla belə, mütəxəssis gündə 400 qramdan çox qovun yeməməyi tövsiyə edib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















