Bal uzun illərdir soyuqdəyməyə dərman, immunitet gücləndirici və hətta “gənclik iksiri” kimi təqdim olunur. Lakin Pirogov Universitetinin tibb üzrə doktoru Andrey Kondraxin bu fikirlərin şişirdildiyini bildirib.
Azerbaycanpolisi.az “Globalinfo.az”a istinadla xəbər verir ki, bu barədə “Mailtoday” nəşri məlumat yayıb. Həkimin sözlərinə görə, bal əsasən fruktoza və qlükozadan ibarət olan sürətli karbohidrat mənbəyidir.
Tərkibində vitaminlər olsa da, onların miqdarı gündəlik tələbatı ödəmək üçün kifayət etmir. Həkim vurğulayır ki, bal enerji verir, lakin “super qida” deyil.
Kondraxin həmçinin qeyd edib ki, balı qaynar çaya əlavə etmək düzgün deyil. Yüksək temperatur faydalı maddələrin azalmasına və arzuolunmaz birləşmələrin yaranmasına səbəb ola bilər. Balın ilıq içkilərlə və ya təmiz formada qəbul edilməsi daha məqsədəuyğundur.
Diabet xəstələrinə isə ehtiyatlı olmaq tövsiyə olunur. Təbii məhsul olsa da, bal yenə də şəkərdir və normadan artıq qəbulu artıq çəki və qan şəkərinin kəskin artmasına səbəb ola bilər. Həkim balanslı və ölçülü istehlakı əsas prinsip kimi göstərir.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















