Kembric Universitetinin bir qrup alimləri yerdən kənar canlıların varlığına dair dəlillər aşkar ediblər. Onların fikrincə, o, K2-18b ekzoplanetinin atmosferində üzvi birləşmələrin tərkibindədir. Planet Yerdən 124 işıq ili uzaqlıqda Şir bürcündə yerləşir.
"Yer üzündə dimetil sulfid və dimetil disulfid yalnız həyat tərəfindən, əsasən dəniz fitoplanktonları kimi mikrob canlıları tərəfindən istehsal olunur. K2-18b atmosferindəki bu molekulların mənbəyi naməlum kimyəvi proses ola bilsə də, nəticələr günəş sistemimizdən kənar planetdə həyatın mövcud ola biləcəyinə dair ən güclü sübutdur", - universitetin saytındakı məqalədə deyilir.
Tədqiqatın aparılması üçün Amerika kosmik agentliyi NASA-nın məlumatlarından da istifadə edilib. 2023-cü ildə NASA-nın “Ceyms Uebb” teleskopu K2-18b atmosferində metan və karbon qazının olduğunu aşkar etdi. Bu, ilk dəfə ekzoplanetin atmosferində karbon əsaslı molekulun aşkarlanması idi.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



































.jpg)

.jpg)
















