20 siqaretli bir qutu bir insanın ömrünün təxminən yeddi saatını ala bilər. Bu barədə “The Guardian” London Universitet Kollecinin araşdırmasına istinadən yazır.
“Gazeta.ru”nun verdiyi xəbərə görə, təhlilə əsasən, gündə 10 siqaret çəkən şəxs yanvarın 1-də siqareti buraxarsa, yanvarın 8-nə kimi bütün bir gün həyatını itirməsinin qarşısını ala bilər. Fevralın 5-dən əvvəl siqareti buraxarsa, ömrünü bir həftə, avqustun 5-dən əvvəl buraxarsa, tam bir ay uzada bilər. Qiymətləndirməyə görə, ilin sonuna qədər o, 50 günlük həyatını itirməkdən qaça bilər.
Doktor Sara Cekson nəşrə bildirib ki, siqaret ilk növbədə orta yaşda nisbətən sağlam illəri "yeyir" və bu, sağlamlığın pisləşməsini sürətləndirir.
"Bu o deməkdir ki, 60 yaşlı siqaret çəkən, ümumiyyətlə, 70 yaşlı siqaret çəkməyən bir insanın sağlamlıq profilinə sahib olacaq," –o bildirib.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















