Neandertallarla “Homo sapiens” arasında ehtimal olunan çarpazlaşma yeri aşkar edilib

Neandertallarla “Homo sapiens” arasında ehtimal olunan çarpazlaşma yeri aşkar edilib

Almaniya, Danimarka və İrandan olan bir qrup alim neandertallar və “Homo sapiens” arasında çarpazlaşmanın baş verdiyi bölgəni müəyyən edib. Bunun üçün tədqiqatçılar müasir modelləşdirmə metodlarından və coğrafi məlumatlardan istifadə ediblər. Bu barədə “Phys.org” portalı “Scientific Reports”da dərc olunan araşdırmanın nəticələrinə istinadən xəbər verir.
Müasir insanlardın neandertallara aid DNT-yə malik olması faktı 2010-cu ildə isveçli bioloq Svante Paabonun neandertal genomunun dekodlanması sayəsində məlum olub ki, bu da qədim insanların çarpazlaşması faktını təsdiqləyir. Lakin bu hadisənin dəqiq yeri məlum deyildi. Yeni araşdırma axtarışı bir bölgəyə qədər daraltdı.
Məlumatların təhlili əsasında tədqiqatçılar belə nəticəyə gəliblər ki, İran, Şimali İraq və Türkiyənin cənub-şərqindəki Zaqros dağları (İran Yaylası) iki növün görüşmə yeri ola bilər. Bu bölgədə həm “Neandertal”ların, həm də “Homo sapiens”lərin qalıqları tapılıb və bu fərziyyəni təsdiqləyir.
Bu bölgədə əlverişli yaşayış şəraiti də mühüm rol oynayıb. Tədqiqatçılar hesab edirlər ki, isti hava və zəngin biomüxtəliflik onu yaşayış üçün əlverişli edib. “Homo sapiens”in Afrikadan miqrasiya zamanı bu bölgədən keçə biləcəyi də irəli sürülür.
Əvvəllər Nankindəki Cənub-Şərq Universiteti və Prinston Universitetindən bir qrup alim neandertalların təxminən 40 min il əvvəl yoxa çıxmasının mümkün səbəbinin onların daha böyük “Homo sapiens” populyasiyaları tərəfindən tədricən mənimsənilməsi(udulması) olduğunu təsbit etmişdilər. Artıq təxminən 200 min il əvvəl neandertal DNT-sindəki “Homo sapiens” genlərinin miqdarı 10%-ə çatırdı. Nəticədə, çarpazlaşma səbəbindən neandertal genofondu "yuyulub dağıdıldı" və sözün əsl mənasında uduldu, bu da onun yox olmasına səbəb oldu.
Bundan əvvəl Filadelfiyadakı Pensilvaniya Universitetinin biomühəndisləri süni intellektdən “Neandertal” və “Denisov”lıların molekullarını “həyata qaytarmaq” üçün istifadə ediblər. Alimlər müasir infeksiyaların müalicəsi üçün bu addımı atmağa qərar veriblər. Onlar hesab edirlər ki, getdikcə daha çox bakteriya antibiotiklərə qarşı davamlı olur və yeni antibiotiklərin inkişafı yavaşlayır.


Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.06.07

2025.06.06

2025.06.05

2025.06.04

2025.06.03

2025.06.02

2025.06.01

2025.05.31

2025.05.30

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az