
“NASA”alimləri ilk dəfə Mars planetinin səthinin altında maye su aşkar ediblər. Lakin “BBC”inin verdiyi xəbərə görə o, böyük dərinliklərdə yerləşir.
“Mars Insight Lander” zondunun topladığı məlumatları təhlil etdikdən sonra, alimlər belə nəticəyə gəliblər ki, Mars qabığının dərinliklərində maye sudan ibarət “suluq” var. Qütblərdə buzvə atmosferdəki buxar qalıqları şəklində əvəllər Marsda su tapılmışdı , lakin maye vəziyyətində bu ilk dəfədir.
Marsın qabığının silkələnməsini qeydə almaq üçün seysmoqrafdan istifadə etməklə 2018-2022- ci illərdə “Mars Insight Lander” zondu coxlu məlumat toplayıb. Seysmik dalğaların sürətini ölçməklə alimlər onların hansı mühitdən keçdiyini böyük ehtimalla müəyyən edə bilirlər (yer
üzündə su, neft və ya qazı belə axtarırlar). Təhlil göstərdi ki, su Marsın səthinin altında 10-20 km dərinlikdə yerləşir.
Planetin səthində çayların və göllərin izləri var.Buna görə də, Marsın səthini tədqiq edən alimlər
çoxdan belə nəticəyə gəliblər ki,Marsın üzərində vaxtilə su olub.İndi orada səhra var. Vaxtilə suyun bir hissəsi buxarlandı və Mars atmosferi ilə birlikdə kosmosa uçdu, digər hissəsi isə görünür səthin altında qaldı.
Zond özünün olduğu yerdə su tapıb.Maye suyun həmçinin başqa yerlərdə də ola biləcəyi ehtimaledilir. Marsın bütün səthini (Sakit Okeanın ərazisindən kiçikdir)alimlərin hesablamalarına görə,qalınlığı 1,5 km-dən çox olan su təbəqəsi ilə örtmək üçün kifayət qədər dərinliklərdə su
olmalıdır.
Suyun yerləşdiyi dərinlik əsas problemdir. Bu, Marsı kolonizasiya etmək istəyənlər üçün əsas maneələrdən ola bilər.
Almaz Həsənli