Nə üçün gün ərzində ikinci dəfə yatıb oyananda özümüzü yuxudan əvvəlki hissəni yaşamış kimi hiss edirik?
Əvvəla, biz yuxu zamanı 4-5 dövrə keçirik.
Bu dövrlərlə yanaşı, yuxunun bu mərhələləri sürətli göz hərəkəti (REM) və qeyri-REM yuxuya bölünür. Bu 2 mərhələ digərləri ilə müqayisədə olduqca vacibdir. Çünki REM zamanı baş verənlər qeyri-REM mərhələlərində baş verənlərdən əhəmiyyətli dərəcədə fərqlidir.
Yuxunun ilk üç mərhələsi qeyri-REM fəaliyyətlərindən ibarətdir. Birinci mərhələ olduqca qısadır və yuxuya getmək getmək aktından ibarətdir. Sonradan yuxuya alışdıqca bədənimiz və zehnimiz yavaşlayır. Bu müddət ərzində oyanmaq olduqca asandır.
Dərin yuxuda isə bədən bərpa rejimində olur və beyin fəaliyyəti yavaşlayır.
Hər yuxu dövrü 70-120 dəqiqə davam edir və gecənin erkən yuxu dövrləri REM-dən daha uzundur. REM yuxusu adətən gecənin ikinci yarısında baş verir.
Yuxu, beyin və yaddaş baxımından çox təsirlidir. O, yaddaşın işlənməsində mühüm rol oynayır və oyaqkən öyrəndiyimiz məlumatların beyində daha qalıcı olmasına kömək edir. Bu proses daha çox REM dövründə baş verir.
Əslində, gün ərzində ikinci dəfə yatıb oyananda yuxudan əvvəlki hissəni elə dünən baş vermiş kimi qəbul edirik.
Gün ərzində ikinci dəfə yuxuya getdiyimiz zaman beyin yaddaşın işlənməsi prosesini yenidən işə salır. Bu, əvvəlki oyanma dövründə yaşanan hadisələrin qısa bir müddət üçün də olsa dünən baş vermiş kimi hiss edilməsinə səbəb ola bilər.
Çünki beyin gün ərzində baş verən hər şeyi daha qalıcı etmək üçün təkrar emal edir. Yuxunun da vaxt qavrayışına müəyyən təsiri var. Yuxudan oyananda nə qədər yatdığımızı çox vaxt bilmirik.
Beləliklə, yuxu zamanı keçən vaxtı dərk etmək çətinləşir və buna görə də zaman anlayışı qarışır…
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















