Mərkəzi Amerika ölkəsi Panamada 1300 ildən çox yaşı olduğu təxmin edilən məzarın tapıldığı bildirilir.
Panama Mədəniyyət Nazirliyinin Mədəni İrs üzrə Milli Direktoru Linette Monteneqro mətbuata verdiyi açıqlamada Kokle əyalətindəki «El Kano» arxeoloji sahəsində qazıntılar zamanı İspandan əvvəlki məzarın tapıldığını bildirib.
Direktor, "1300 ildən çox yaşı olduğu təxmin edilən bir məzar müəyyən etdik. İki cəsəd, bir gəlinin cehiz əşyaları, bir az qızıl, keramika, beş sinə kəməri, qızıl muncuq, dörd qolbaq, sırğa, qızılla örtülmüş çanta və müxtəlif boyunbağılar tapılıb” deyə bildirib. Məlumatı Oxuməni.az paylaşıb.
Məzarın dövrün hökmdarına aid olduğu qeyd edilib. Xatırladaq ki, bölgədə arxeoloji qazıntılar 2008-ci ildən davam edir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















