Bir paylaşım üçün 750 min dollar qazanan insanlar var

Bir paylaşım üçün 750 min dollar qazanan insanlar var

Reklam sənayesində sosial medianın təsir payı artmaqdadır. Hətta bir paylaşım üçün 750 min dollar qazanan insanlar var.

Sosial mediadan istifadə genişlənməkdədir. Xüsusilə gənclər vaxtlarının əhəmiyyətli hissəsini sosial mediada keçirirlər. Bu vəziyyət reklam tortuna da təsir edir.

2023-cü ildə Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir. (Sorğunun 18 yaşından yuxarı şəxslərlə keçirilməsi nəzərə alındıqda, nəticələr statistikanı təsdiq edir).
Sosial media istifadəçilərinin 43,6%-i “YouTube”, “35,8%-i “İnstagram”, 26,5%-i “Facebook”, 25,0%-i “TikTok”, 6,4%-i isə “Twitter” platformalarından istifadə edir.
Nəticələrin gender aspektdən təhlili göstərir ki, kişilər sosial mediadan qadınlardan daha çox istifadə edirlər. “Facebook” istifadəçilərinin 30,1%-i qadın olduğu halda, 69,9%-i kişidir. Bu tendensiya digər sosial media platformaları üçün də xarakterikdir. Yalnız “İnstagram” istifadəçiləri arasında qadınlar kişilərə nisbətdə üstünlük təşkil edir (37,6%-i qadın, 34,0%-i kişi).
Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edir. Məsələn, “İnstagram” istifadəçilərinin 73,9%-i, “YouTube” istifadəçilərinin 52,2%-i, “TikTok” istifadəçilərinin 43,5%-i bu yaş kateqoriyalarına aiddir.
Sorğu nəticələrinə əsasən, insanların 27,8%-i heç bir sosial media platformasından istifadə etmədiyini bildirib ki, onların da əsas hissəsi (60.8%-i) yaşı 65-dən yuxarı olan şəxslərdir.
Nəticələrin təhlili göstərir ki, ali təhsilli respondentlər orta təhsilə malik olanlarla müqayisədə sosial şəbəkələrdən nisbətən daha çox istifadə edirlər. Belə ki, ali təhsillilərin 82,3%-i, orta təhsillilərin isə 66,7%-i sosial media istifadəçisidir...

Azərbaycanpolisi.az (Mənbə: Oxuməni.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az