Beynəlxalq Valyuta Fondunun (BVF) apardığı qiymətləndirməyə görə, süni intellekt dünyadakı bütün iş yerlərinin demək olar ki, 40 faizinə təsir etmək potensialına malikdir.
Süni intellekt həyatın demək olar ki, hər sahəsində istifadə olunan bir texnologiyaya çevrilib. Bu yayılma süni intellektin üstünlüklərini və risklərini gündəmə gətirib.
BVF-nin icraçı direktoru Kristalina Georgiyeva İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edib. Georgieva qeyd edib ki, əksər ssenarilərdə süni intellekt ümumi bərabərsizliyi pisləşdirəcək. Georgieva deyib ki, siyasətçilər bu narahatedici tendensiyanı aradan qaldırmalı və texnologiyanın sosial gərginliyi daha da gücləndirməsinin qarşısını almalıdırlar.
BVF-nin idarəedici direktoru bildirib ki, süni intellekt inkişaf etmiş iqtisadiyyatlarda iş yerlərinin təxminən 60 faizinə təsir göstərə bilər. Aşağı gəlirli ölkələrdə vəziyyət fərqlidir, BVF texnologiyanın aşağı gəlirli ölkələrdə iş yerlərinin 26 faizinə təsir edəcəyini təxmin edir. Süni intellekt texnologiyasından istifadə etmək üçün infrastruktura malik olmayan ölkələr beynəlxalq səviyyədə bərabərsizliklə üzləşə bilər…
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































