Lazer rabitəsi təcrübəsi çərçivəsində NASA Yerə təxminən 31 milyon kilometr məsafədən video göndərdi. Bu 15 saniyəlik qısa videoda "Taters" adlı pişiyin oynaması göstərilir. NASA ilk dəfə lazerdən istifadə edərək dərin kosmosdan video mesaj göndərib.
NASA-nın kosmosdan dünyaya mesaj göndərmək təcrübəsi çərçivəsində 31 milyon kilometr məsafədən dünyaya pişik videosu ötürülüb. Videoda "Taters" adlı narıncı pişiyin lazer oyuncağı ilə oynaması əks olunub.
Pişikin videosu “Deep Space Optical Communications” eksperimentinin bir hissəsi olaraq lazer qəbuledicisi vasitəsilə Yerə ötürülüb.
15 saniyəlik video infraqırmızı lazerlə kodlaşdırılıb. “Psyche” kosmik gəmisindən Kaliforniya Texnologiya İnstitutunun Palomar Rəsədxanasına göndərilən video dekabrın 11-də rəsədxanaya çatıb.
Transmissiya zamanı “Psyche” kosmik gəmisi ilə rəsədxana arasındakı məsafə Yerlə Ay arasındakı məsafədən 80 dəfə çox uzaqlığına baxmayaraq, lazer mesajının Yerə çatması cəmi 101 saniyə çəkib.
Lazer sistemi NASA-nın digər missiyalarda istifadə etdiyi ənənəvi radio dalğa sistemlərindən 100 dəfə yüksək sürətlə məlumat göndərə bilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





































.jpg)

.jpg)














