Əgər OPEK-dən təklif olarsa, Rusiya neftin hasilatını azaltmaqla bağlı variantı gözdən keçirməyə hazırdır.
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Rusiyanın Enerji naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, üstünlük verilən variant neftin dondurulmasıdır, minimal arzuolunan səviyyəni isə Rusiya tərəfi hələlik müəyyən etməyib.
Nazir qeyd edib ki, daha əvvəl OPEK ölkələri ilə Rusiya ancaq neft hasilatının dondurulması məsələsini müzakirə edib: "Biz indi bütün bu məsələlər (Rusiya hansı minimal səviyyədə neft hasilatını dorndurmağa hazırdır-red.) üzərində işləyir, öz şirkətlərimizlə müzakirələr aparırıq. Hələlik yekun varinat hazırlanmayıb. Lakin çox şey OPEK daxilindəki ölkələr arasında hansı razılaşmanın əldə edilməsinə bağlı olacaq. Biz hələ ki, ancaq 32,5-33 (sutka üçün minimal barrel-red.) rəqəmlərini eşitmişik".
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































