Paytaxtda torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Hazırda Bakının müxtəlif ərazilərində çıxarışlı torpağın bir sotunun dəyəri təxminən 5 min manatdan başlayaraq 500 min manata qədər yüksəlir.
Milli.az xəbər verir ki, mütəxəssislər yay mövsümünün yaxınlaşması və fərdi ev tikintisinə marağın artmasının torpaq bazarında hərəkətliliyi artırdığını deyiblər.
Alıcıların üstünlük verdiyi əsas seçim isə sənədləri qaydasında olan, çıxarışla təmin edilmiş torpaq sahələridir. Bunun əsas səbəbi gələcəkdə ev tikintisi zamanı kommunal xidmətlərin qoşulması ilə bağlı problemlərin qarşısını almaq istəyidir.
Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, mövsümi amillər də qiymətlərin formalaşmasına ciddi təsir göstərir.
Onun fikrincə, hava şəraitinin tikinti işləri üçün daha əlverişli olduğu yaz və yay aylarında torpağa tələbat ənənəvi olaraq artır. Bu isə bəzi satıcıların qiymətləri yüksəltməsinə və bazarda bahalaşmanın sürətlənməsinə səbəb olur.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















