Hazırda Ələt Azad İqtisadi Zonasında tikilməkdə olan yük (karqo) hava limanının gələn il açılması planlaşdırılır.
Azerbaycanpolisi.az APA-nın məlumatına istinadla xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnologiya - Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya" tədbirində bildirib.
Onun sözlərinə görə, yük hava limanının tikintisinə 2024-cü ilin mart ayında başlanılıb. Bu, Azərbaycanda azad iqtisadi zona daxilində ilk hava limanı olacaq.
Ələsgərov qeyd edib ki, hava limanı yüksək texnologiyalı şirkətləri cəlb etməyə və zonanın logistika imkanlarını genişləndirməyə kömək edəcək.
O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmət göstərilməsi və əlverişli logistika imkanları vacibdir.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























