5 oktyabr 2016-cı il tarixində "Nikoil Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.
Bankdan KİV-ə verilən məlumata görə, səhmdarlar Marina Kulişovanın Müşahidə Şurasının sədri təyin edilməsi barədə qərar qəbul ediblər. O, bankın transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.
Eyni zamanda İvan Romanovskiy Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib.
Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İ. Xəlilov bankın səhmdarlarından biri olaraq qalır.
Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:
Sədr:
Kulişova Marina Valeryevna
Üzvlər:
• Romanovskiy İvan Vladimiroviç
• Sazonov Aleksey Valeryeviç
• Suxoruçkin Pavel Aleksandroviç
• Novikov Roman Vitalyeviç
Səhmdarlar, Müşahidə Şurası və menecment bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə İsgəndər Xəlilova minnətdarlığını bildiriblər.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































