OPEC 2017-ci ildə neftin qiymətlərin minimum 50-55 dollar olması üçün səfərbər olunacaq. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Əlcəzairin energetika naziri Nurəddin Buterfa deyib.
"OPEC ölkələri və Rusiya İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresində qeyri-formal formal görüş keçirəcək. Görüşdə hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılacaq. İstisna olunmur ki, OPEC hasilatı Əlcəzairdə əldə etdiyi razılaşmada qeyd edilən göstəricidən 1% az azaltsın", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Əlcəzairdə keçirilən görüşdə OPEC üzvləri sutkalıq neft hasilatının 32,5 - 33 mln. barrel səviyyəsində məhdudlaşdırılması ilə bağlı qeyri-formal razılıq əldə edib. Beləliklə, bazardan sutkalıq 740 min barrel neftin çıxarılacağı ehtimal olunur.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































