Qazaxıstan Milli Əlifba Komissiyası Baş nazir Askar Maminin sədrliyi ilə toplantı keçirib.
Oxuməni.az xəbər verir ki, iclasda komissiya üzvləri tərəfindən 2023-2031-ci illər arasında ölkədə tədricən istifadə ediləcək latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbası təqdim edilib.
Dilçilik İnstitutu tərəfindən hazırlanan əlifba "bir səs-bir hərf" prinsipinə əsasən hazırlanıb. Latın hərflərinə uyğunlaşdırılmış yeni qazax əlifbasında 31 hərf var. Ancaq əlifbaya daxil olmayan x və w kimi hərflər xarici mənşəli sözlərdə istifadə ediləcək. Baş nazir Mamin bildirib ki, əlifbanın təkmilləşdirilmiş versiyası qazax dilinin yayılmasına yeni bir təkan verəcək və müasirləşməsinə kömək edəcək.
1940-cı ildən bəri kiril əlifbasından istifadə edən Qazaxıstan 2017-ci ildə tədricən latın əlifbasına keçməyə qərar verib.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























