Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynovun XXI "Pekində görüş" Beynəlxalq Festivalında iştirakı Çin mətbuatında geniş işıqlandırılıb. Beynəlxalq Sənət Festivalının kataloqu azərbaycanlı sənətçi haqqında xüsusi məqalə dərc edib, Xalq artistinin festivalda iştirakı ilə bağlı videoçarx təqdim olunub.
Oxuməni.az xəbər verir ki, Murad Hüseynov festivalda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək. Bütün dünyanın maraqla izlədiyi festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunacaq. Murad Hüseynovun "Pekində görüş" festivalında iştirakı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşır. Festivalın təşkilat komitəsinin yaydığı məlumatda bildirilib ki, Xalq artistinin çıxışı 29 yanvar-4 fevral tarixlərində nəzərdə tutulub.
Qeyd edək ki, "Qış ehtirası, onlayn sənətlər, klassiklər yaddaşda" adlanan "Pekində görüş" festivalında 24 ölkədən sənət qruplarının səhnələşdirdiyi 42 tamaşa nümayiş olunacaq. Festivalın rəsmi saytında bildirilir ki, bunların arasında 31 onlayn şou və 11 teatr tamaşası olacaq. Festival ayrıca Qış Olimpiya mövzulu bir sıra mədəni fəaliyyətləri, altı sənət sərgisini və sənət forumlarını da əhatə edəcək.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























