Yumoristik "Yeralaş" jurnalının bədii rəhbəri Boris Qraçevski 72 yaşında koronavirusdan vəfat edib.
Oxuməni.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Qeyd edək ki, o, daha əvvəl COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Boris Qraçevski 18 mart 1949-cu il Moskvada doğulub. O, 1968-ci ildə Kalininqrad Mexaniki Texnikumunu qurtarıb. Maksim Qorki adına Uşaq və gənclər filmlərinin Mərkəzi kinostudiyasında böyük inzibatçı işləyib. 1974-cü ildə dramaturq Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq yumoristik kinojurnalının əsasını qoyub. Qraçevski 1974-1984 illərdə "Yeralaş"ın direktoru, 1984-cü ildən isə bədii rəhbəri olub. O, bir sıra mükafatlarla, habelə "Dostluq" və "Şərəf" ordenləri ilə təltif edilib. Xatırladaq ki, Boris Qraçevski 2017-ci ildə "Report"a müsahibəsində bildirmişdi ki, "Yeralaş" uşaq yumoristik jurnalının Bakı filialını açmaq istəyir.
"Azərbaycanlı uşaqlarla ünsiyyət qurmağı çox istəyirəm. Onlar bir tərəfdən bizdən çox uzaqdır, amma internet, televiziya məsafələri qısaldır. Məncə, onlar "Yeralaş"ın nə olduğunu başa düşürlər və onu izləyirlər", - rusiyalı rejissor qeyd etmişdi
O, bundan bir neçə ay sonra Bakıda səfərdə olub.
Oxuməni.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































