Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin vəziyyəti pisləşib.
Oxuməni.az xəbər verir ki, bu barədə AYNA-ya alimin həyat yoldaşı Arzu Əzimli danışıb.
O qeyd edib ki, bir müddət əvvəl koronavirusa yoluxan D.Əzimli Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirilib:
"Xəstəxanaya yerləşdirəndə bizə qanında oksigen dərəcəsinin normal olduğunu, xəstənin gecikmədən, vaxtında gəldiyini dedilər. Amma xəstəxanada vəziyyəti pisləşməyə başladı".
Yanvarın 3-ü gecə həyat yoldaşına zəng gəlib ki, D.Əzimlinin vəziyyəti ağırlaşıb:
"Dedilər ki, oksigen aparatına qoşublar və artıq telefonla mənimlə danışa bilməyəcək. Həmin gün günortadan sonra bildik ki, onu artıq reanimasiyaya köçürüblər. Dünəndən etibarən isə vəziyyəti daha da ağırlaşıb, süni nəfəs aparatına qoşublar".
A.Əzimli həkimin nəzarəti altında xəstəxanaya yerləşdirildiyi halda, alimin vəziyyətinin qəfildən pisləşməsini anlamadığını da bildirib:
"Əgər, onu vaxtında müalicə ediblərsə, vəziyyəti niyə ağırlaşmalıdır? Üstəlik, onun şəkər və digər ağır xəstəlikləri də yox idi. Ona görə də daha çox daimi nəzarət olmamasından narahatam".
FHN-dən bildiriblər ki, xəstə diqqətsiz qala bilməz: "Həmin hospitalda vəziyyət yaxşıdır. Xəstələri diqqətdə saxlayır və hər cür müayinə və müalicə edirlər. Ona görə də narahat olmağa ehtiyac yoxdur".
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevə D.Əzimlinin həyat yoldaşı ilə əlaqə saxladığını deyib, məsələ ilə xüsusi məşğul olmaları üçün həkimlərdən xahiş etdiyini bildirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da alimin vəziyyətini diqqətdə saxlayacağını qeyd edib:
"Dilavər bəy tanınmış ziyalımızdır. Xəstəxanın baş həkimindən xahiş edəcəm ki, onu xüsusi diqqətdə saxlasınlar".
Oxuməni.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































