"Şuşadakı bu məscidin təmirində xarici mütəxəssislər iştirak ediblər, özü də bizdən icazəsiz. Necə ola bilər, Azərbaycan ərazisinə bizdən icazəsiz gedəsən, bizim məscidimizi işğalçı ermənilərlə birlikdə guya təmir edəsən?! Bu, hansı beynəlxalq normalara sığır? Hansı mənəvi çərçivələrə sığır? Hansı şirkət, yaxud da ki, insanlar bunu özlərinə rəva görə bilərlər? Bunlar bizim tarixi abidələrimizdir, bizdən soruşun. Yoxsa, özbaşına gedəsən başqa ölkənin zəbt edilmiş, işğal olunmuş torpaqlarına, orada özün üçün iş görəsən"- dövlət başçısı İlham Əliyev mədəniyyət naziri Anar Kərimovla söhbət zamanı bildirib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, İ.Əliyev qeyd edib ki, məscidin tarixi görünüşü dəyişdirilib. "Ona görə mən sizə tapşırıq verirəm, o məscidin daxili tərtibatına yenidən baxmaq lazımdır. O təmir bizə lazım deyil. Biz oranı yenidən təmir etdirəcəyik, ona öz görünüşünü qaytaracağıq. Ondan sonra o açılacaq", - İ.Əliyev bildirib.
Xatırladaq ki, Şuşa məscidini qondarma rejimin dəvəti ilə İrandan gələn mütəxəssislər ölkəmizdən icazə almadan təmir ediblər və ondakı Azərbaycana məxsus məscid memarlığı izlərini itirərək iranlaşdırıblar. İranlılar Yerevandakı qədim Azərbaycan türklərinə məxsus Göy məscidin başına da eyni oyunları açaraq onu təmir adı altında iranlaşdırıblar.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































